Tovuzda toyda qan düşdü - Bir nəfər bıçaqlandı
Bizi izləyin

Hadisə

Tovuzda toyda qan düşdü - Bir nəfər bıçaqlandı

Faktla bağlı araşdırma aparılır.

Tovuz rayonunda bir nəfərin bıçaqlanması, bir neçə nəfərin isə xəsarət alması ilə nəticələnən kütləvi dava baş verib.

Publika.az xəbər verir ki, hadisə rayonun Qovlar şəhərində toy zamanı qeydə alınıb.

Bir qrup şəxs arasında dava zamanı rayon sakini, 1993-cü il təvəllüdlü Məmmədov Sürət Vəkil oğlu kürək nahiyəsindən bıçaq xəsarəti alıb. O, xəstəxanaya yerləşdirilib. Əməliyyat olunan yaralının vəziyyəti orta-ağırdır. Əlbəyaxa dava zamanı, həmçinin bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Mübahisənin səbəbi hələlik bilinmir.

Faktla bağlı araşdırma aparılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm