Tovuzda kütləvi dava - Xəsarət alanlar var
Bizi izləyin

Hadisə

Tovuzda kütləvi dava - Xəsarət alanlar var

Faktla bağlı araşdırma aparılır.

Tovuzda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən kütləvi dava baş verib.

Publika.az xəbər verir ki, hadisə Düzqırıxlı kəndində qeydə alınıb.

İçki məclisində bir araya gələn dostlar arasında sərxoş olduqdan sonra hazırda bilinməyən səbəbdən mübahisə düşüb və sonradan davaya çevrilib. Bu zaman 1972-ci il təvəllüdlü kənd sakini Mamedov Ceyhun İdris oğlu başından butulka zərbəsi alıb. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır. Dava zamanı daha iki nəfər də müxtəlif dərəcəli xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm