Sərxoş kişi polisi ayağa qaldırdı - İçəndən sonra maşının yerini unudubmuş
Bizi izləyin

Hadisə

Sərxoş kişi polisi ayağa qaldırdı - İçəndən sonra maşının yerini unudubmuş

Bakıda maraqlı hadisə baş verib.

Bakıda maraqlı hadisə baş verib.

Publika.az lent.az-a istinadın xəbər verir ki, Sabunçu rayon Zabrat qəsəbəsi, Şirvan küçəsində yaşayan Faiq Babayev (ad şərtidir) gecə saatlarında Daxili İşlər Nazirliyinin 102 – Qaynar Xəttinə müraciət edib. O bildirib ki, avtomobilini Qaraçuxur qəsəbəsindəki kafenin qarşısında saxlayıb. Daha sonra kafedən çıxdıqda isə maşının qaçırıldığını görüb. Dərhal polis əməkdaşları axtarışlara başlayıb.

Bir neçə saat sonra həmin şəxs yenidən polisə zəng edərək üzrxahlıq edib və maşını evinin həyətində saxlayıb kafeyə getdiyini deyib. Məlum olub ki, F.Babayev polisə müraciət edərkən sərxoş vəziyyətdə olub.

Araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm