AZAL-ın təyyarəsi texniki səbəbdən hava limanına qayıtdı
Bizi izləyin

Hadisə

AZAL-ın təyyarəsi texniki səbəbdən hava limanına qayıtdı

Təyyarənin göyərtəsində 170 sərnişin və 11 ekipaj üzvü olub.

Pekindən Bakıya uçan "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus sərnişin təyyarəsi texniki səbəbdən Şoudu hava limanına geri qayıdib.

AZAL-ın Mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, havaya qalxdıqdan sonra "Boeing 767" hava gəmisinin komandiri geri qayıtmaq qərar qəbul edib və yanacaq sərf etdikdən sonra Bakı vaxtı ilə saat 23:28-də uğurlu eniş edib.

Təyyarənin göyərtəsində 170 sərnişin və 11 ekipaj üzvü olub. Eniş ştat rejimində başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm