Sabirabadda ağır yol qəzası: ata və oğul öldü
Bizi izləyin

Hadisə

Sabirabadda ağır yol qəzası: ata və oğul öldü

Faktla bağlı araşdırma aparılır.

Sabirabad rayonunda ağır yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə axşam saatlarında, rayonun Nizamikənd kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, “Şaqman” markalı yük maşınının “Vaz-2106” markalı, 52-BB-692 dövlət nömrə nişanlı avtomobillə toqquşması nəticəsində 2 nəfər ölüb. Hadisə yerinə xilasedicilər və təcili yardım maşını cəlb olunub.

Qəza zamanı “Vaz-2106 markalı avtomobildə ölənlər Saatlı rayonunun Mircəlal kəndinin sakinləridir. Qeyd edək ki, hadisə zamanı ölənlər Həsənxan Hüseynxan oğlu Astanov və onun oğlu Dəyanət Astanovdur.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm