Anadan DƏHŞƏTLİ ƏMƏL: 5 yaşlı uşağını zəhərləyib öldürdü - ATA YOXA ÇIXDI - FOTO - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Anadan DƏHŞƏTLİ ƏMƏL: 5 yaşlı uşağını zəhərləyib öldürdü - ATA YOXA ÇIXDI - FOTO - (YENİLƏNDİ)

Faktla bağlı araşdırma aparılır.

Qusarın Hill kəndində qeydə alınan dəhşətli cinayət haqqında yeni təfərrüatlar ortaya çıxıb.

Bir neçə gün əvvəl Qusar rayonun Hil kəndində 5 yaşlı qızını zəhərləyərək öldürüldüyü deyilən Gülnarə Taypullayevanın atası Qurban Qurbanov hadisə ilə bağlı Publika.az-a danışıb.

O deyib ki, qızının onlarla yaşadığı müddətdə heç bir psixoloji problemləri olmayıb:

“Mən hadisədən çox sonra xəbər tutmuşam. Mənə zəng eləyib dedilər ki, nəvən ölüb, gəl. İşdən çıxıb getmişəm. Qızımdan soruşdum ki, necə oldu öldü uşaq. Mənə dedi ki, uşaq bir neçə gün xəstə olub, sonra da qəflətən halı pisləşib. Ferma sahibi ilə xəstəxanaya apararkən uşaq yolda ölüb”.

Qızını cinayəti etiraf etməsinə münasibət bildirən ata hadisənin təfərrüatlarından xəbərsiz olduğunu deyib:

“Onlar Bəxtiyarla vaqonda yaşayırdılar. Yaxşı yola gedirdilər. Aralarında problem olmayıb. Nəvəmi kim öldürübsə, cəzasını cəkməsini istəyirəm, bu qızım olsa belə. Amma qızım deyir ki, o öldürməyib”.

Cinayəti hadisədən sonra yoxa çıxan Taypullayev Bəxtiyarın törətdiyinə dair iddialar da irəli sürülüb.

Qurban Qurbanov deyib ki, aylardır Bəxtiyarla danışmır:

“Nəvəmi Hill kəndində dəfn etdik. Bəxtiyardan xəbər ala bilmirik. Heç dəfn mərasiminə də gəlməmişdi. Harda olduğunu bilmirəm”.

***

Şirvanovka bələdiyyəsindən Publika.az-a verilən məlumata görə, İmamqulukənd sakini Gülnarə Saypullayeva Şirvanovka sakini Bəxtiyar adlı şəxslə qeyri-rəsmi nikahda yaşayıb:

"Qadın Bəxtiyarla birlikdə bizim kənddə müvəqqəti olaraq "vaqonda" həm işləyib, həm də yaşayıblar. Bəxtiyarın bir qardaşı olub, o da rəhmətə gedib. Kənddə onun yaxınlarından heç kim yoxdu".

Kənd sakinlərinin verdiyi məlumata görə, Gülnarənin atasının adı Qurbandır. Rayonda fəaliyyət göstərən şirkətlərdən birində mühafizə xidmətində çalışan Qurban rus əsillidir.

***

Qusar rayon Hil kənd bələdiyyəsindən Publika.az-a verilən məlumata görə, ailə Rafiq adlı fermerin fermasında işləyir. Qadın Gülnarə Saypullayeva İmamqulukənd, həyat yoldaşı isə Şirvanovka kənd sakinidir. Onlar qeyri-rəsmi nikahda yaşayıb.

Qusar rayon İmamqulukənd bələdiyyəsindən Publika.az-a bildirilib ki, qadının psixi problemləri olub. Kənd sakinlərinə qadının psixi pozuntularının olduğu məlumdur.

"Qadının anası Rusiya vətəndaşı olub. Ailədə ümumiyyətlə qəribəliklər çoxdur. Qadının atası rayonda şirkətlərin birində mühafizəçi işləyir və o, həmişə sərxoş olur. Qızın səhhətində ciddi problemlər var. O vaxt Bəxtiyar adlı bir nəfərə qoşulub qaçıb. Hadisə ilə bağlı prokurorluqda araşdırma başladılıb. Qadının uşağını niyə zəhərləyib öldürdüyü barədə dəqiq məlumat bilmirik".

***

Daxili İşlər Nazirliyi Qusarda azyaşlının öldürülməsi ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyin saytına istinadən xəbər berir ki, iyunun 14-də Qusar rayonunun Hil kəndindən 5 yaşlı Luiza Saypullayeva ölmüş vəziyyətdə xəstəxanaya gətirilib.
Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən aparılan araşdırmalarla uşağın anası Gülnara Saypullayeva tərəfindən südünə zəhər qatılmaqla qəsdən öldürülməsi müəyyən edilib və o, şübhəli şəxs qismində tutulub.

***

Qusarda azyaşlı qətlə yetirilib.

Rayon hüquq-mühafizə orqanlarından bildirilib ki, bir neçə gün əvvəl Hil kəndində fermada yaşayan Gülnarə Taypullayeva qızı, 2012-ci il təvəllüdlü Saypullayeva Luiza Bəxtiyar qızının qəflətən ölməsi barədə polisə məlumat verib. Aparılan araşdırmalar nəticəsində azyaşlının öldürüldüyü müəyyənləşib.

Şübhəli şəxs qismində dindirilən G. Saypullayeva qızını zəhərlədiyini bildirib. O, azyaşlıya içinə həşəratları öldürmək üçün istifadə olunan dərman qarışdırılmış süd içirdiyini deyib.

G. Saypullayeva tutulub, faktla bağlı araşdırma aparılır. (apa)

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm