Daşkəsəndə beşinci arvadını və 20 günlük körpəsini öldürən şəxs tutuldu (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Daşkəsəndə beşinci arvadını və 20 günlük körpəsini öldürən şəxs tutuldu (YENİLƏNDİ)

Daşkəsən rayonunda beşinci arvadını və 20 günlük körpəsini öldürən şəxs tutulub.

Rayonun Şahvələdli kənd sakini, 1979-cu il təvəllüdlü Rafiq Teyyub oğlu Məmmədov hüququ mühafizə orqanları tərəfindən saxlanılıb.

Rayon Prokurorluğundan bildirilib ki, R.Məmmədov rayonun Bayan kəndi ərazisində saxlanılıb. (report)

***

Daşkəsəndə törədilən dəhşətli qətllə bağlı cinayət işi başlanıb.

Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb və müvafiq ekspertizalar təyin edilib.

Hazırda hadisəni törətməkdə şübhəli bilinən Rafiq Ələkbərovun yerinin müəyyənləşdirilərək tutulması istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Prokurorluqdan həmçinin bildirilib ki, R.Ələkbərov qətlə yetirdiyi qadınla qeyri-rəsmi nikah münasibətlərində olub.

***

Daşkəsən rayonunun Şahvələdli kəndində baş verən qətlin bəzi təfərrüatları məlum olub.

Rayonda çobanlıqla məşğul olan 1979-cu il təvəllüdlü Rafiq Teyyub oğlu Məmmədov arvadı 1980-ci il təvəllüdlü Kamilə Daşdəmir qızı Məmmədovanı və 20 günlük körpəsini yaşadığı evdə çomaqla vuraraq öldürüb.

Onun yaxınlarının verdiyi məlumata görə, K.Məmmədova R.Məmmədovun beşinci arvadı olub. Bundan öncə R.Məmmədov dördüncü arvadı 1983-cü il təvəllüdlü İnci Cəbrayıl qızı Vəliyevanı çomaqla döyüb. Yaralı ölümcül vəziyyətdə xəstəxanaya yerləşdirilib. R.Məmmədov isə həbs edilib. İki il bundan qabaq həbsdən çıxan R.Məmmədov K.Məmmədova ilə ailə həyatı qurub və onların 20 gün bundan əvvəl körpəsi dünyaya gəlib.

Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda cinayət işi başlanılıb, hadisəni törədən R.Məmmədovun axtarışları davam edir. (report)

***

Daşkəsən rayonunda kişi arvadını və 20 günlük körpəsini öldürüb.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Şahvələdli kənd sakini Rafiq Məmmədov arvadı 1980-ci il təvəllüdlü Kamilə Daşdəmir qızı Məmmədovanı və 20 günlük körpəsini yaşadığı evdə qətlə yetirib.

R.Məmmədov hadisə yerindən qaçıb. Onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

***

Daşkəsən rayonunda kişi arvadını və azyaşlı körpəsini öldürüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Şahvələdli kəndində baş verib.

İlkin məlumatlara görə, həmin kəndin sakini ailə münaqişəsi zəminində arvadının və azyaşlı uşağının boğazını kəsərək onları qətlə yetirib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Əlavə məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm