Cəlilabaddakı bazarda yanğın söndürüldü - FOTOLAR (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Cəlilabaddakı bazarda yanğın söndürüldü - FOTOLAR (YENİLƏNDİ)

Hadisə yerinə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və onun müavini Vidadi Dövlətov da gəlib.

Cəlilabad rayonundakı “İran bazarı”nda baş vermiş yanğın söndürülüb.

Publika.az "Report"a istinadən xəbər verir ki, yanğın zamanı 15-ə yaxın ticarət obyekti içindəki əşyalarla birlikdə yanaraq kül olub.

Hadisə yerinə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və onun müavini Vidadi Dövlətov da gəlib.

***

Cəlilabad rayonundakı “İran bazarı”nda yanğın məişət əşyalarının satışı yerindən başlayıb.

Publika.az "Report"a istinadən xəbər verir ki, yanğının əhatə dairəsi daha da genişlənib. Əraziyə Cəlilabadla yanaşı qonşu Masallı və Biləsuvar rayonlarının yanğından mühafizə hissəsinin yanğınsöndürənləri də cəlb edilib.

İlkin məlumata görə, tüstüdən zəhərlənmə və yanğından xəsarət alma halları hələ ki, qeydə alınmayıb.

***

Cəlilabad rayonunda "İran bazarı" kimi tanınan bazarda güclü yanğın başlayıb.

Publika.az xəbər verir ki, bu barədə "Report"a rayon sakinləri məlumat verib. Bazarda başlayan yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri və Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları cəlb olunublar.

Hava küləli olduğundan alovu həl ki, ram etmək mümkün olmayıb, hazırda yanğın davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm