• USD 1,7000 0,00% EUR 1,9020 -0,40%
    • GBP 2,1349 +0,18% RUB 0,0265 +0,38%

Mingəçevirdə iki maşın toqquşdu - 4 nəfər xəsarət aldı

  • Hadisə
  • 22 İyun 2017 05:16
  • 512 Baxış
Mingəçevirdə iki maşın toqquşdu - 4 nəfər xəsarət aldı

Axşam saatlarında Mingəçevirdə 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, qəza şəhərin Samux küçəsində "VAZ-2104" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində qeydə alınıb.

Hadisə zamanı "VAZ-2104"ün sürücüsü, 1969-cu il təvəllüdlü Mingəçevir şəhər sakini Zeynal Alaş oğlu Allahverdiyev, "VAZ-2107"in Yevlax rayonunun Havarlı kəndindən olan sərnişinləri - 1998-ci il təvəllüdlü Dilbazi Muxtar oğlu Heydərov, 1999-cu il təvəllüdlü Yasin Göyüş oğlu Çuqayev və 1997-ci il təvəllüdlü Müslüm Taleh oğlu Hüseynov ağır bədən xəsarətləri ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralıların vəziyyəti sabitdir.

Faktla bağlı Mingəçevir şəhər Polis şöbəsində araşdırma aparılır. (report)

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR