16 yaşlı qızı sahibsiz tikiliyə apardı, zorladı... - Şamaxılı fəhlədən DƏHŞƏTLİ ADDIM
Bizi izləyin

Hadisə

16 yaşlı qızı sahibsiz tikiliyə apardı, zorladı... - Şamaxılı fəhlədən DƏHŞƏTLİ ADDIM

Yetkinlik yaşına çatmayan qıza təcavüz etməkdə təqsirli bilinən Şamaxı rayon sakini, 1988-ci il təvəllüdlü Hikmət Tapdıqovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Hikmət Tapdıqov Şamaxı rayonunun Çaylı kəndində qeydiyyatda olsa da, Abşeron rayonu Müşviq qəsəbəsi, 28 may yaşayış massivi, yeni məhəllə adlı yerdə fərdi evlərdən birində kirayədə yaşayıb.

Virtual tanışlıq

Paytaxtda fəhləliklə məşğul olan Hikmət Tapdıqov sosial şəbəkələrdən birində 2000-ci il təvəllüdlü Vəfa Mehdiyeva (ad və soyad şərti verilib –red.) ilə tanış olub. Hikmət yetkinlik yaşına çatmayan qızla bir müddət sosial şəbəkədə söhbət edib. Onların virtual münasibətləri sonradan reala keçib.

Bir müddət real həyatda münasibət quran 29 yaşlı oğlan qızla cinsi əlaqədə olmaq qərarına gəlib. O, 2016-cı ilin mayın 2-də, saat 19 radələrində Vəfa Mehdiyevanı görüşə çağırıb.

Təcavüz planı

Həmişə olduğu kimi, Vəfa Mehdiyeva özünə sevgili kimi gördüyü və gələcəkdə onunla evlənməyi düşündüyü Hikmət Tapdıqovla görüşə gedib.

Hikmət Tapdıqov Vəfa Mehdiyevanı həmin qəsəbədə yaşayışı olmayan yarımçıq tikilinin həyətinə gətirib. Orada Hikmət qızla cinsi əlaqədə olmağı təklif edib.

Zorlama

Amma əvvəlcə qız onunla cinsi əlaqədə olmaq istəməyib. Bu zaman Hikmət Tapdıqov gələcəkdə onunla evlənəcəyini vəd edib və cinsi əlaqədə olmağa qızı razı salıb.

Hikmət Tapdıqov Vəfa Mehdiyeva ilə qeyri-təbii yolla cinsi əlaqədə olub və daha sonra o, qıza qarşı başqa seksual xarakterli hərəkətlər edib.

7 il həbs

Vəfa Mehdiyeva təcavüzə məruz qalması ilə bağlı valideynlərinə məlumat verib. Onun valideynləri baş verən olayla bağlı polisə şikayət edib. Şikayət əsasında Hikmət Tapdıqov həbs olunub.

Məlumat üçün bildirək ki, Vəfa Mehdiyevanın psixi xəstəliyi olub.

Hikmət Tapdıqov Cinayət Məcəlləsinin 150.2.3-cü (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hikmət Tapdıqov 7 il müddətinə azadlıqdan məhrum edilib. Bu hökmdən narazı qalan Hikmət Tapdıqov apelyasiya şikayəti verib.

“Qızla ailə qurmaq arzusu nəzərə alınmayıb”

Müdafiəçi Elmira İsmayılova apelyasiya şikayətində hüquqlarını müdafiə etdiyi Hikmət Tapdıqovun barəsindəki hökmün dəyişdirilməsini, ona təyin edilmiş cəzanın daha yüngül cəza ilə əvəz edilməsini və cəzasının şərti tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş edib.

O, qeyd edib ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən onun əməlini səmimi etiraf etməsini, peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını və ona qarşı şikayətin olmamasını, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə ailə qurmaq arzusunda olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə almayıb.

Qızı zorlayan bəraət istədi, cəza azaldıldı

Müdafiəçinin fikrincə, birinci instansiya məhkəməsi cəza təyin edərkən işin hallarını və cəzanı yüngülləşdirən halları kifayət qədər nəzərə almayıb, ona cinayətin ağırlığına və şəxsiyyətinə uyğun olmayan ağır cəza təyin edib.

Hikmət Tapdıqovun barəsində olan şikayət araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Mübariz Zeynalovun sədrliyi ilə baş tutan prosesdə araşdırılıb.

Hakim heyəti apelyasiya şikayətini dəlillərini araşdırandan sonra qərar elan edib. Qərara görə, Hikmət Tapdıqovun apelaysiya şikayəti qismən təmin edilib və onun cəzası 6 ilə endirilib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm