Ağstafada Qrad raketi tapıldı
Bizi izləyin

Hadisə

Ağstafada Qrad raketi tapıldı

Ağstafanın Saloğlu kəndində otlaq sahəsinə baxış keçirilib, 1 ədəd 122 mm-lik ″Qrad″raketi (9M22U) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

Bu barədə Publika.az-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Ümumilikdə Agentlik tərəfindən bu il yanvarın 1-dən bu günə qədər 5 779 ədəd partlamamış hərbi sursat, 191 ədəd tank əleyhinə mina və 30 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm