Anadan DƏHŞƏTLİ ADDIM: 6 aylıq körpəsinə BUNU ETDİ - FOTO
Bizi izləyin

Hadisə

Anadan DƏHŞƏTLİ ADDIM: 6 aylıq körpəsinə BUNU ETDİ - FOTO

Türkiyənin Adana şəhərində ana 6 aylıq körpəsi ağladığı üçün onun ağzını və burnunu əli ilə tutub. Nəticədə körpə boğularaq dünyasını dəyişib.

Publika.az xəbər verir ki, 33 yaşlı ana 12 il öncə ailə həyatı qurub və övladları olmadığı üçün süni yolla uşaq dünyaya gətirməyə qərar verib.

Məhəmməd adını verdikləri körpə ağlamağa başlayanda ana onun ac olduğunu düşünüb və ona yemək verib. Körpə yenidən ağlamağa davam edib və anası onun ağzını və burnunu tutaraq ağlamasını kəsmək istəyib.

Hadisə yerinə gələn qonşu təcili tibbi yardım və polis çağırıb. Həkimlər körpəyə tibbi müdaxilə etsələr də, onu həyata qaytarmaq mümkün olmayıb.

Polis bölməsinə aparılan ana dindirilərkən göz yaşları içində peşman olduğunu etiraf edib. İfadəsi alındıqdan sonra qatil ana Adana Məhkəməsinə aparılıb.

Körpənin cəsədi isə tibbi eksperitazaya təhvil verilib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm