Gəncədə minaatan mərmisi tapıldı
Bizi izləyin

Hadisə

Gəncədə minaatan mərmisi tapıldı

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu gün Gəncə şəhəri, Nizami rayonu, “Azərittifaq”ın yaxınlığındakı ərazidə Agentlik tərəfindən keçirilmiş əməliyyat barədə operativ məlumat yayıb.

ANAMA-dan Publika.az-a verilən məlumata görə, bu gün saat 13:12-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Gəncə şəhəri, Nizami rayonu, “Azərittifaq”-ın yaxınlığında partlamamış hərbi sursatın (PHS) aşkar olunması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən həmin əraziyə baxış keçirilib, 1 ədəd 50 mm-lik minaatan mərmisi (O-822) aşkar edilərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Aşkar olunmuş minaatan mərmisinin ətrafında 100 kv.metr əraziyə yerüstü baxış keçirilib, təhlükəli əşya və qurğu aşkar edilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm