Suyun altında məzun günü keçirildi - - VİDEO
Bizi izləyin

Hadisə

Suyun altında məzun günü keçirildi - - VİDEO

Video sosial şəbəkələrdə yüzlərlə insan tərəfindən maraqla izlənilib.

Dünyanın tanınmış seysmik araşdırma mərkəzlərindən olan və xaricdən bir çox mükafatı alan Doqquz Sentyabr Universiteti maraqlı məzun günü ilə yadda qalıb.

Publika.az xəbər verir ki, universitetin sualtı idman növləri icması bu il buraxılış mərasimini suyun altında keçirib.

2 tələbəyə su altında simvolik olaraq məzun günü təşkil olunub. Dalğıc paltarlarının üzərinə cübbə geyinərək suyun altında əvvəl diplomlarını alan tələbələr daha sonra papaqlarını atıblar.

Sualtında keçirilən maraqlı məzun buraxılışının videosu sosial şəbəkələrdə yüzlərlə insan tərəfindən maraqla izlənilib.

Həmin görüntüləri təqdim edirik:

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm