• USD 1,7000 0,00% EUR 1,9396 0,00%
    • GBP 2,1676 0,00% RUB 0,0272 0,00%

Yevlaxda 3 yaşlı uşağın başına gələn FACİƏ

  • Hadisə
  • 28 İyun 2017 22:20
  • 1 270 Baxış
Yevlaxda 3 yaşlı uşağın başına gələn FACİƏ

Yevlax rayonunda 3 yaşlı uşağın atasının usta aləti ilə oynamaq istəyi bədbəxt hadisə ilə nəticələnib.

Publika.az xəbər verir ki, hadisə axşam saatlarında rayonun Salahlı kəndində baş verib.

Belə ki, 2014-cü il təvəllüdlü kənd sakini Həsənov Yusif Elşən oğlu atasının kəsici aləti - "laqonda"sını elektrik cərəyanına qoşaraq oynamaq qərarına gəlib. Nəticədə alət azyaşlının sağ saidinin arxa hissəsini kəsərək ona ağır xəsarət yetirib. Xəstəxanaya çatdırılan Y. Həsənov təcili əməliyyat olunub və onun qanaxması dayandırılıb. Amma məlum olub ki, alət uşağın qol sümüklərinin də bir hissəsini kəsərək ciddi zədələyib.

O, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Y. Həsənovun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Xəstəxanadan verilən məlumata görə, xəstəyə mütəxəssislər təkrar baxış keçirəcək və həkimlər yalnız bundan sonra müalicənin davamı barədə qərar qəbul edəcək. (report)

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR