Xəzərdə qayıq qəzaya uğradı
Bizi izləyin

Hadisə

Xəzərdə qayıq qəzaya uğradı

İyunun 28-də saat 13:50 radələrində Geofizika və Geologiya İdarəsinin əməkdaşları “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Arya 141” qayığı ilə N.Nərimanov adına NQÇİ-nin ərazisində seysmik kəşfiyyat işləri apararkən qayıq idarəetməni itirmiş 34 saylı meydançanın ayağına toxunub.

SOCAR-ın mətbuat xidmətindən bildiriblər ki, nəticədə qayıqda olan 7 nəfərdən 5-i müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar təcili tibbi yardım maşınları ilə 1 saylı şəhər xəstəxanasına çatdırılıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm