Azərbaycanlı çempionu öldürən sürücü həbs edildi - VİDEO - - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Azərbaycanlı çempionu öldürən sürücü həbs edildi - VİDEO - - (YENİLƏNDİ)

Bakının Xətai rayonu ərazisində azərbaycanlı idmançı Reyhan Məmmədovanın ölümündə təqsirləndirilən sürücü həbs edilib.

Trend-in məlumatına görə, hadisəni törədən sürücü, 1962-ci ildə Masallı rayonunda anadan olmuş Məmmədov Əlifağa Abdul oğlu təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib və Xətai rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

***

Bakının Xətai rayonu ərazisində azərbaycanlı idmançı Reyhan Məmmədovanın ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb.

Trend-in məlumatına görə, Faktla bağlı Xətai rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma,ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanılıb.

***

Dağadırmanma, qayayadırmanma, buzadırmanma üzrə çempion Reyhan Məmmədova faciəvi şəkildə ölüb.

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının vitse-prezidenti Arzu Mustafayev Publika.az-a açıqlamasında faktı təsdiq edib.

O bildirib ki, idmançı dünən axşam saatlarında avtomobil qəzasında dünyasını dəyişib: “Hadisə barədə bu gün səhər saatlarında məlumat əldə etmişik. Zığ şossesində baş verib. Reyhan Məmmədova yolu keçərkən onu avtomobil vurub. Rəssamlıq Akademiyasını bitirmişdi, 22 yaşı var idi”.

R.Məmmədova tanınmış idmançı İlqar Məmmədovun qızıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm