Bakıda maklerdən ilginc təklif: “Ya pulu qaytar, ya da hər gün mənimlə cinsi əlaqədə ol”
Bizi izləyin

Hadisə

Bakıda maklerdən ilginc təklif: “Ya pulu qaytar, ya da hər gün mənimlə cinsi əlaqədə ol”

Bakıda qəribə hadisə yaşanıb. Hadisə ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Naxçıvandan Bakıya köçən Ləman adlı qadın ev alqı-satqısı ilə məşğul olan şəxsdən, xalq dili ilə desək, maklerdən ev alıb. Tərəflər 42 min manat qarşılığında razılaşıblar. Qadın hissə-hissə 34 min manat verib və qalan 8 mini də 2 ay sonra evi təhvil alanda verəcəyini bildirib. Lakin tikinti prosesi uzanıb və nəhayət il yarımdan sonra hazır olub. Bu zaman qadın övladı ilə birlikdə evə köçüb. Narazılıq isə bu məqamda başlayıb. Belə ki, makler qalan 8 mini istəsə də, qadın evdə çatışmazlıqlar olduğunu və onları tamamladdıqdan sonra pulun qalanını verəcəyini deyib. Makler qadına əcaib bir təklif edib: “Pulu ödəyə bilmirsənsə, hər gün mənimlə cinsi əlaqə ol”.

Publika.az-ın məlumatına görə, qadın bildirir ki, evdə bir çox işi özü görüb:

“Evə köçməmiş hamamı özüm təmir etdim və oboyları özüm çəkdirdim. Ona dedim ki, evi tam hazır et, sonra pulunu al. O etiraz etdi ki, ev hazırdır. Sonra gəlib evin işıq xəttini kəsdi. İndi şam işığında yatırıq. Qapını lomla qırıb evə girdi, məni döydü. Sonra dedi ki, pulumu vermirsənsə, əvəzində hər gün gələcəm sizə, gündə bir dəfə mənimlə cinsi əlaqədə olmalısan”.

Makler isə məsələni tam başqa cür izah edir:

“Qadın mənə dedi ki, Naxçıvda evimi satmışam. Əlimdə 20 min manat pul var. Mənə burda ev tik, qalan pulu da gətirəcəm. Mən də razılaşdım. Torpaq öz adıma idi, 2 aya evi tikib təhvil verdim. Amma sənədləri Ləmanın adına keçirmədim. Ona görə ki, hələ ondan alacağım var idi. O da məni aldatmağa başladı və pulu vermədi. Əvvəlcə 20 min, 1 ay sonra 14 min manat pul verdi. İndi isə qalan 8 mini vermir. Evinə gedəndə üstümə bıçaq çıxarır, adam göndərir”.

İstənilən halda məsələyə hüquq-mühafizə orqanları aydınlıq gətirəcək.

Amin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm