
Ötən gecə Ağdaş rayonu, Güvəkənd kəndində vətəndaşa
məxsus ümumi sahəsi 240 m2 tövlənin çardağının yanar
konstruksiyaları 210 m2 sahədə və çardağına yığılmış 30 ton ot
bağlamasının 26 tonu yanıb.
Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən
verdiyi məlumata görə, yanğın zamanı tövlənin içərisində olan sayı
məlum olmayan ev quşu tələf olub.
Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından
mühafizə olunub. Yanğın saat 22:58-də yanğınsöndürənlər tərəfindən
söndürülüb.