Kürdə batan digər polisin də meyiti tapıldı (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Kürdə batan digər polisin də meyiti tapıldı (YENİLƏNDİ)

Onlar çayın axınına düşüblər.

Kür çayında batan digər polisin də meyiti tapılıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 2-də Kür çayının Ağstafa rayonu, Saloğlu qəsəbəsindən keçən hissəsində batmış digər 1 nəfərin - 1991-ci il təvəllüdlü Şahlar Ramiz oğlu Mamayevin cəsədi bu gün saat 09:27-də Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.

***

Ağstafada Kür çayında boğulan polis əməkdaşlarından birinin meyiti tapılıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Kür çayının Ağstafa rayonu, Saloğlu qəsəbəsindən keçən hissəsində batmış iki nəfərdən biri, 1993-cü il təvəllüdlü Qalib Cəlal oğlu Novruzovun cəsədi saat 20:30-da Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.

Digər 1 nəfərin axtarışı davam etdirilir.

***

Ağstafa rayonunda 2 polis çavuşunun ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Publika.az xəbər verir ki, bu gün peşə bayramlarını qeyd edən 1993-cü il təvəllüdlü Qazax rayon sakini Arif Cavad oğlu Novruzov və 1991-ci il təvəllüdlü Ağstafa rayon sakini Şahlar Ramiz oğlu Mamayev Kür çayının rayonun Saloğlu kəndindən keçən hissəsində çimərkən batıblar. Onlar çayın axınına düşüblər.

Hər iki polis Daxili İşlər Nazirliyinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Ağstafa Xətt Polis Bölməsinin əməkdaşları olublar.

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşların axtarışına başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm