Dənizdə batan 2 nəfər xilas edildi
Bizi izləyin

Hadisə

Dənizdə batan 2 nəfər xilas edildi

Dənizdə batmaq təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Suraxanı rayonunda 2 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 17:23-də başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm