Qubada kişi və qadın avtomobildə diri-diri yandı - - FOTO/VİDEO
Bizi izləyin

Hadisə

Qubada kişi və qadın avtomobildə diri-diri yandı - - FOTO/VİDEO

Faktla bağlı araşdırma aparılır.

Qudyalçayın Quba rayonunun Hacıhüseynli kəndi yaxınlığından keçən hissəsində çayın üzərindəki körpünün altında yanmış "VAZ 21 06" markalı avtomobil tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, xilasedicilər və təcili yardım cəlb olunub.

Məlum olub ki, avtomobildə olan qadın və kişi yanaraq ölüb. Hadisənin baş verməsinin səbəbləri bəlli deyil. Ölən şəxslərin kimliyini müəyyənləşdirmək mümkün olmayıb.

Hadisə ilə bağlı Quba rayon prokuroru Valeh Səmədov ərazidə olub.

Quba Rayon Prokurorluğundan verilən məlumata görə, hazırda təcili-təxirəsalınmaz istintaq əməliyyatları aparılır: “Faktla bağlı Cinayət Məcəlləsinin 263-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi üzrə cinayət işi başlanıb. Hadisənin baş vermə səbəbləri araşdırılır. Qəzada yanaraq həlak olan hər iki şəxsin kimliyini müəyyənləşdirmək üçün polis və məhkəmə tibbi ekspertləri birgə iş aparır. Ən yaxın zamanda qəzanın əsl səbəbləri və ölən şəxsləri kimliyi bəlli olacaq”. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm