
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin
müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, 60 və 120
millimetrlik minaatanlardan da (3 mərmi) istifadə etməklə sutka
ərzində atəşkəs rejimini 109 dəfə pozub.
Publika.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki,
Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində
və adsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki adsız
yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı,
Fərəhli, Quşçu Ayrım, Bala Cəfərli kəndlərində, Berd rayonunun
Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz
rayonunun Ağdam, Koxanəbi, Ağbulaq, Muncuqlu kəndlərində və adsız
yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız
yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki
adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam
rayonunun Şuraabad, Tağıbəyli, Baş Qərvənd, Qaraqaşlı, Şirvanlı,
Novruzlu, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun
Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz,
Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında,
həmçinin Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları
ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı
Qüvvələrimizin mövqeləri atəşə tutulub.