
“Bakı Metropoliteni”nin qadın əməkdaşı xidmət vaxtı relslərin üzərinə düşərək həyatını təhlükəyə atıb. Bununla bağlı yayılan videogörüntülərdə qadının relslərin üzərinə düşmə səbəbi sərnişinlərdən birinin ayaqqabısını götürmək istəyidir.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Publika.az-a açıqlamasında hadisənin uzun illər əvvəl baş verdiyini deyib:
“Videogörüntülərə baxdıq. Hadisə “Sahil” stansiyasında baş verib. Lakin dəqiq vaxt bəlli deyil. Ona görə də, bu barədə heç bir məlumat verə bilmirik”.
Həvəskarlar tərəfindən çəkilmiş videogörüntünü sizə təqdim edirik: