Qaradağ rayonunda gənc oğlan bıçaqlandı
Bizi izləyin

Hadisə

Qaradağ rayonunda gənc oğlan bıçaqlandı

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır.

Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə Lökbatan qəsəbəsindəki Heydər Əliyev parkında qeydə alınıb.

1988-ci il təvəllüdlü Nuriyev İslam Sübhan oğlu iki nəfərlə əlbəyaxa olub və nəticədə onlardan biri ona iki bıçaq zərbəsi vurub.

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis bölməsində araşdırma aparılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm