Masallıda sürücünün vurub qaçdığı uşaq dünyasını dəyişdi
Bizi izləyin

Hadisə

Masallıda sürücünün vurub qaçdığı uşaq dünyasını dəyişdi

Masallı rayonunda iki həftə öncə avtomobil vuran azyaşlı dünyasını dəyişib.

"Report"un xəbərinə görə, 2009-cu il təvəllüdlü Baxışov Zamiq Əli oğlu həkimlərin səylərinə baxmayaraq yerləşdirildiyi 1 saylı Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişib.

Hadisə rayonun mərkəzi küçələrinin birində qeydə alınıb. Z.Baxışov yoldan keçərkən onu "Toyoto Prado" markalı avtomobil vuraraq ərazidən uzaqlaşıb. Z.Baxışov ağır xəsarət alaraq Bakıda yerləşən xəstəxanaların birinə yerləşdirilib.

Hadisəni törədən sürücü Masallı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Dünyasını dəyişən uşağın atası Masallıda kənd məktəblərinin birində direktor müavini vəzifəsində çalışır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm