Bakı metrosunda HƏYƏCANLI ANLAR: maşinist stansiyada qatarı saxlamadan sürdü və...
Bizi izləyin

Hadisə

Bakı metrosunda HƏYƏCANLI ANLAR: maşinist stansiyada qatarı saxlamadan sürdü və...

Bu gün metronun “Həzi Aslanov” stansiyasından “İçəri Şəhər” istiqamətində hərəkət edən qatarda həyəcanlı anlar yaşanıb. Saat 08:45 radələrində metronun “Nəriman Nərimanov” stansiyasına daxil olan qatar iki dəqiqədən çox platformada qalmasına baxmayaraq, qapılar açılmayıb. Qatar birbaşa “Gənclik” stansiyasına gedib və orada qapılar açılıb.

Hadisə sərnişinlərin narahatlığına və təşvişə səbəb olub.

“Bakı Metropoliteni”QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Publika.az-a açıqlamasında baş vermiş hadisəyə aydınlıq gətirib. O, hadisənin hər hansı nasazlıqdan baş vermədiyini deyib:

“3 saylı marşrut üzrə hərəkət edən qatar “Nəriman Nərimanov” stansiyasında müəyyən olunmuş yerdə saxlamayıb. Yəni qatarın birinci vaqonunun iki qapısı müəyyən olunmuş xətti keçib. Belə olan halda təlimata uyğun olaraq qatarın qapıları açılmamalıdır. Təlimata görə, qatar növbəti stansiyaya gedib və “Gənclik” stansiyasında qapılar açılıb. Bunlar hamısı təlimata uyğundur. Əgər maşinist qatarı müəyyən edilmiş lövhəyə çatanda saxlamırsa, o, qapıları aça bilməz”.

N. Paşayev maşinistin nə üçün qatarı müəyyən olunmuş xəttə saxlamamasının araşdırıldığını deyib:

“Maşinist həmin xətdən kənarlaşdırılıb, depoya göndərilib. Qatarı isə başqa maşinist idarə edib. Həmin maşinistdən izahat alınır, bu halın baş vermə səbəbi araşdırılır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm