Ermənilərin yaraladığı qadın təkrar əməliyyat edilə bilər
Bizi izləyin

Hadisə

Ermənilərin yaraladığı qadın təkrar əməliyyat edilə bilər

Ermənilərin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində qəlpə yarası alan Sərvinaz Quliyevanın vəziyyəti kafidir.

Bu barədə Publika.az-a Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Natiq Şükürov məlumat verib.

Onun sözlərinə görə, S.Quliyevanın müalicəsi davam etdirilir: “O, Horadiz Şəhər Xəstəxanasındadır. Hazırda vəziyyəti stabilir, bununla yanaşı ağrıları da var. Bu da normaldır, çünki ağır travma alıb. Səhhəti daim həkimlərimizin nəzarətindədir”.

Baş həkim S.Quliyevanın Füzuli Rayon Mərkəzi Xəstəxanasına köçürülməsinə ehtiyac olmadığını deyib: “Horadiz Şəhər Xəstəxanası Füzuli Rayon Mərkəzi Xəstəxanasının tabeliyindədir. Orada da yüksək səviyyədə müalicəsi davam etdirilir. Hələ ki xəstənin evə buraxılması gündəmdə deyil. Bununla yanaşı müayinə zamanı aşağı ətraflarında da qəlpələr aşkar edilib. Onun yenidən əməliyyat edilib-edilməməsi üçün həkimlər konsilium keçirəcək. Qərara uyğun olaraq qəlpələr əməliyyatla çıxarılacaq. Lakin xəstənin hazırkı durumu nəzərə alınaraq yaxın günlərdə təkrar əməliyyat məsələsi müzakirə edilmir”.

Xatırladaq ki, S.Quliyeva iyulun 4-də Füzuli rayonu Alxanlı kəndində Erməni silahlı qüvvələrinin atəş açması nəticəsində çoxsaylı qəlpə yaraları ilə hərbi hospitala çatdırılaraq əməliyyat edilib. Bir neçə gün əvvəl o, Horadiz Şəhər Xəstəxanasına köçürülüb”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm