
Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 58 A ünvanında tikintisi başa çatmamış yaşayış binasında liftin şaxtasına quraşdırılmış qaldırıcı qurğu qırılıb və nəticədə 1 nəfər xəsarət alıb.
Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə yerinə FHN-nin müvafiq xilasetmə qüvvələri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.
Qəza zamanı xəsarət almış şəxs vətəndaşlar tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Zərərçəkmiş şəxsin kimliyi dəqiqləşdirilir. Əlavə məlumat veriləcək.