Hadisə
Cəbhədə GƏRGİN GECƏ
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 82 millimetrlik minaatanlardan da (4 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 120 dəfə pozub.
Publika.az Müdafiə Nazirliyinin saytına
istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan
rayonunun Şavarşavan, İcevan rayonunun Berkaber kəndlərində və
adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı,
Fərəhli, Quşçu Ayrım, Qızılhacılı, Bala Cəfərli kəndlərində və
adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor
kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi,
Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız
yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı
kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə
tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam
rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı,
Kəngərli, Sarıcalı, Novruzlu, Mərzili, Xocavənd rayonunun
Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd,
Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayılrayonunun Nüzgar və
Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və
Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən
mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ