Oğluna toy hazırlığı görən bələdiyyə sədrinın intiharının TƏFƏRRÜATI - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Oğluna toy hazırlığı görən bələdiyyə sədrinın intiharının TƏFƏRRÜATI - YENİLƏNDİ

Şəkinin Qoxmuq kənd bələdiyyəsinin sədri 1971-ci il təvəllüdlü Fətəli Lütfəli oğlu Rüstəmov intihar edib. Onun meyiti kənd ərazisində yerləşən köhnə tikilidə asılmış vəziyyətdə tapılıb.

Kənd İcra nümayəndəsi İlqar Məmmədova bildirib ki, Fətəli Rüstəmovun hansı səbəbdən intihar etməsi hər kəs üçün təəccüblüdür: “Fətəli üç ildir ki, bələdiyyə sədri idi. Bildiyim qədəri ilə heç bir maddi, ya da ailəsində problemi yox idi. Çox şən, deyib-gülən adam idi. Bir həftədir ki, oğlununun biri əsgərlikdən gəlmişdi, böyük oğluna da bu il sentyabrın 17-də toy edəcəkdi. Hazırlıq görürdülər. Birdən-birə nə üçün intihar etdiyi hamımız üçün müəmmadır”.

İcra nümayəndəsi bildirib ki, F.Rüstəmovun meyiti qardaşı tərəfindən asılmış halda aşkarlanıb: “Dünən günorta saatlarında idarədə bir iş üçün lazım idi. Telefonuna zəng vurdum, cavab vermədi. Sonra atası idarəyə gəlmişdi ki, axtarırlar, harada olduğunu bilmirlər. Qardaşı axtarıb, kəndin kənarında 25 ildir istifadə edilməyən tikilinin qarşısında maşınını görüb. Binaya girəndə onun asılmış meyitini tapıb”.

Gülxar

***

10:25

Şəkidə bələdiyyə sədri özünü asıb.

Şəkinin Qoxmuq kənd bələdiyyəsinin sədri Fətəli Lütfəli oğlu Rüstəmovun meyiti kənd ərazisində köhnə tikilidə asılmış vəziyyətdə tapılıb. 1971-ci il təvəllüdlü F. Rüstəmov evli olub, iki övladı var.

Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət içi başlayıb, araşdırma aparılır. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm