Daşkəsəndə baş verən ağır qəzada yaralananların adları məlum oldu (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Daşkəsəndə baş verən ağır qəzada yaralananların adları məlum oldu (YENİLƏNDİ)

Daşkəsən-Gəncə yolunda baş vermiş avtomobil qəzasında xəsarət alanların adları məlum olub.

"Report" xəbər verir ki, bunlar dövlət qeydiyyat nişanı "35-BS-441" olan "VAZ -2107" markalı avtomobilin sürücüsü, Daşkəsən rayon sakini, 1986-cı il təvəllüdlü Vüqar Qəmbər oğlu Məhərrəmov, maşında olan sərnişinlər, Daşkəsən rayon sakinləri - 1987-ci il təvəllüdlü Əntiqə Məhəmməd qızı Məmmədova, 1981-ci il təvəllüdlü Minayə Əhəd qızı Qurbanova və Gəncə şəhər sakini, 1953-cü il təvəllüdlü Xanlar Səfər oğlu Əhmədovdur.

Hadisə zamanı dövlət qeydiyyat nişanı "16-BL-305" olan "ZİL" markalı yük maşınının sürücüsü, Daşkəsən rayon sakini, Rövşən Bilal oğlu İsmayılov isə alın nahiyəsindən yüngül xəsarət alıb.

***

Daşkəsən-Gəncə yolunun 3-cü km-də 5 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

"Report"un məlumatına görə, taksi kimi fəaliyyət göstərən Vüqar adlı sürücünün idarə etdiyi "VAZ-2107" markalı avtomobil "ZİL" ilə toqquşub.

Nəticədə taksinin sürücüsü və maşında olan 4 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya aparılıb. Yaralıların vəziyyəti ağırdır.

Faktla bağlı araşdırmalara başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm