
Qara Qarayev metrosunun yaxınlığında gənc oğlan bıçaqlanıb.
Publika.az xəbər verir ki, hadisə ötən gün Nizami rayonunda baş verib.
Metronun Qara Qarayev stansiyasının yaxınlığında 1991-ci il təvəllüdlü Səmədzadə Elşən Lətif oğlu naməlum şəxslə mübahisə edib. Mübahisə zamanı E.Səmədzadə bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır. (report)