Gəncəli ilə gürcüstanlının Goranboy MACƏRASI: nənə və nəvəni...
Bizi izləyin

Hadisə

Gəncəli ilə gürcüstanlının Goranboy MACƏRASI: nənə və nəvəni...

Goranboy rayonunda nənə və nəvəyə qarşı cinayət törədən Gürcüstan vətəndaşı, 29 yaşlı Mahmud Xanov və Gəncə sakini, 30 yaşlı Ayaz İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Goranboy rayon Bağçakürd kənd sakini 64 yaşlı Mina Məhərrəmova rayon polis şöbəsinə ərizə ilə müraciət edərək yaşadığı evə basqın olması barədə məlumat verib.

Aparılan araşdırmalar zamanı məlum olub ki, 2 nəfər maskalı şəxs ötən il mart ayının 8-də, gecə saat 01:00 radələrində qanunsuz olaraq Mina Məhərrəmovanın evinə girib. Onlar qadına və onun 12 yaşlı nəvəsinin üzünə qaz balonu püskürdüb.

Daha sonra cinayətkarlar evdə axtarış apararaq oradan 160 manat və 1500 manat dəyərində qızıl əşyaları aparıblar.

Təqsirləndirilən Mahmud Xanov bildirib ki, hadisəni ehtiyacı olduğu üçün törədib: “Pula ehtiyacım var idi, dostumla bir yerdə oturmuşduq, qərara gəldik ki, oğurluq edək”.

Digər təqsirləndirilən Ayaz İsgəndərov da hadisəni törətdiyini etiraf edib: “Bir uşağım var, ailəliyəm, elədiyim hərəkətə görə də peşmanam. İmkansızlıqdan bu yola əl atdım”.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) və 221.3-cü (xuliqanlıq) maddələrilə ittiham ediliblər.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ayaz İsgəndərov 11 il, Mahmud Xanov isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm