Hadisə
İcazəsiz satılan 309 dini ədəbiyyat müsadirə edildi
Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) ilə birgə paytaxtın Yasamal, Nizami, respublikanın Gəncə, Şirvan, Quba, Tərtər şəhər və rayonlarında “Dini etiqad azadlığı haqqında” qanunla müəyyən edilmiş qaydada satışına razılıq verilmiş dini təyinatlı ədəbiyyatın, audio və videomaterialların, dini məzmunlu digər mal və məmulatların müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələrindən kənarda satılması hallarının qarşısının alınması məqsədilə reyd keçirib.
DİN-dən Publika.az-a verilən məlumata görə, dini təyinatlı ədəbiyyat və digər dini məzmunlu məmulatları müvafiq icra hakimiyyəti orqanının razılığı (lisenziya) olmadan satdıqlarına görə 10 nəfər barəsində inzibati xəta haqqında protokollar tərtib olunub.
Həmin şəxslərdən 309 ədəd dini təyinatlı ədəbiyyat, 34 ədəd CD disk aşkar edilərək götürülüb. Ümumilikdə, cari ilin 6 ayı ərzində "Dini etiqad azadlığı haqqında" Qanunun tələblərini pozaraq qeyri-qanuni təbliğat apardıqlarına görə, 138 nəfər saxlanılaraq şəhər-rayon polis şöbələrinə gətirilib. Onlardan 1066 ədəd dini ədəbiyyat, 102 ədəd CD və DVD, 16 ədəd audio kaset, 94 ədəd jurnal aşkar edilərək götürülüb. Görülmüş tədbirlər nəticəsində 1 fakt üzrə cinayət işi başlanılıb.
Götürülmüş dini təyinatlı ədəbiyyat dinşünaslıq ekspertizasından keçirilməsi üçün DQİDK-ya göndərilib.
-
Nida Xəbər 14:34
Moskva İrəvandan tələb etdi: Brüsseldə hazırlanmış plana reaksiya gözləyirik
-
İdman13:46
"Real"ın ÇL-dəki qəhrəmanı bu gözəllə eşq yaşayır - FOTOLAR
-
Avropa13:16
Fransanın ikiüzlülüyü: Avropada Rusiya qazının ən böyük alıcısı oldu
-
Region12:41
Özünün dənizə çıxışı yoxdur, başqalarını şirnikləndirir: İrəvan Ər-Riyadda nə təklif edib?
-
Hadisə12:15
Məktəbin həyətində faciəvi şəkildə ölən 14 yaşlı Fərhanın FOTOSU
-
Nida Xəbər 11:43
Prezidentin yüksək vəzifəyə təyin etdiyi Anar Axundov kimdir? - DOSYE
-
Sosial11:12
Aytən Səfərovanın son vəziyyəti AÇIQLANDI
-
Cənubi Qafqaz10:55
Rusiyanın Gümrüdəki hərbi bazasına hücum oldu - DETALLAR