Bakıda hamilə qadına qarşı VƏHŞİLİK
Bizi izləyin

Hadisə

Bakıda hamilə qadına qarşı VƏHŞİLİK

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Bakıda hamilə qadın qayınatası və qayınanası tərəfindən döyülüb.

Hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Pirşağı qəsəbəsi, 2-ci sovxoz adlanan ərazidə 1991-ci il təvəllüdlü Rəcəbova Mərziyyə Ramazan qızı yaşadığı evdə qohumları ilə mübahisə edib.

Nəticədə, o, qayınatası və qayınanası tərəfindən döyülüb.

O, bədənindən müxtəlif xəsarətlər alaraq xəstəxanaya yerləşdirlib.

Həkimlərin verdiyi məlumata görə, M.Rəcəbova hamilə olduğundan xəsarətləri onun qarın nahiyyəsinə dəyib. Buna görədə qadının vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm