DİN-dən azyaşlı uşağı zorlamaq istəyənlə bağlı AÇIQLAMA
Bizi izləyin

Hadisə

DİN-dən azyaşlı uşağı zorlamaq istəyənlə bağlı AÇIQLAMA

Daxili İşlər Nazirliyi Bakıda azyaşlı oğlanı zorlamağa cəhd edən manyak saxlanılıb.

Publika.az xəbər verir ki, Daxili İşlər nazirliyinin Mətbuat Xidmətinin İnformasiya bölməsinin rəisi, polis polkovnik-leytenantı İlham Babayev qafqazinfo-ya açıqlamasında bildirib ki, hadisə iyulun 21-də axşam saatlarında Xətai rayonunda baş verib.

Rayonların birindən Bakıya işləməyə gələn şəxs 2009-cu il təvəllüdlü oğlana qarşı seksual xarakterli hərəkətlər edib. Hadisəni törədən şəxs Əlahiddə Çevik Polis Alayının və Xətai RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, istintaq davam etdirilir. Hadisənin törədən şəxsin kimliyi istintaq sirri sayıldığı üçün açıqlanmır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm