Qaxda güclü yanğın - - FOTOLAR
Bizi izləyin

Hadisə

Qaxda güclü yanğın - - FOTOLAR

Qax rayonunun Qıpçaq kəndində taxta sexində və tövlədə yanğın baş verib.

Publika.az xəbər verir ki, kənd sakini Roman Asıralı oğlu Nəbiyevə məxsus ümumi sahəsi 128 kv.m. olan taxta sexi, sexə bitişik 48 kvadratmetrlik mal tövləsi və sexin həyətində olan yük avtomobili yanıb.

Hadisə yerinə Qax Yanğından Mühafizə Hissəsinin üç yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub.Yanğın güclü olduğundan qarşısını almaq çətin olub. Nəticədə taxta sexində olan 7 kubmetr çinar taxtası, 5 ədəd dülgər dəzgahı, "QAZ-53" markalı yük avtomobilinin yük yerində olan 5 kubmetr odun və mal tövləsinin çardağına yığılmış 580 ədəd ot presi təmamilə yanaraq kül olub. Yanğın baş verən zaman sexdə heç kim olmayıb.

Faktla bağlı Qax Yanğından Mühafizə Hissəsində araşdırma aparılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm