Bərdədə 60 yaşlı kişi həyat yoldaşını baltaladı
Bizi izləyin

Hadisə

Bərdədə 60 yaşlı kişi həyat yoldaşını baltaladı

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Bərdə rayonunda 60 yaşlı kişi öz həyat yoldaşını baltalayıb.

"Report" xəbər verir ki, hadisə Rayonun Heydər Əliyev prospektində baş verib.

Səhər saatlarında 60 yaşlı Bərdə rayon sakini Mahir Allahverdiyev həyat yoldaşı 57 yaşlı Allahverdiyeva Diləfruz İsmayıl qızına bir neçə dəfə balta ilə zərbə endirib. Qadın yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər reanimasiyada olan qadının vəziyyətinin ağır olduğunu deyirlər.

Hadisəni törədən Mahir Allahverdiyevi polis saxlayıb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm