Hadisə
Quyuya atılan körpə ailə münaqişəsinin qurbanı olub - "Ailədə nə isə baş verib"
Lənkəranda 5 günlük Mələk Nurullayevanın öldürülərək su quyusuna atılmasına görə cinayət işi açılıb.
Publika.az-ın məlumatına görə, Lənkəran Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zaur Muradov modern.az-a deyib ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır: "Təfərrüat tam aydın olmasa da, körpənin ölümünün ailə münaqişəsi zəminində baş verdiyi müəyyənləşib".
Z.Muradov uşağın yoxa çıxması ilə bağlı atası Şaiq Nurullayevin "102" xidmətinə məlumat verdiyini deyib: "Amma uşağın Şaiq Nurullayev tərəfindən quyuya atılması hələ təsdiqlənməyib. Ola da bilər, onu atası yox, ailənin digər üzvü, yaxud üzvləri öldürüb quyuya atıb.
Bu barədə fikir yürütmək çətindir. Çünki hadisə baş verən gecə evdə Mələyin atası Şaiq Nurullayev, anası Valiyə Nurullayeva, nənəsi Atifə Nurullayevadan başqa yaxın qohumları da olub. Ona görə də istintaqın gedişini gözləməliyik".
Rayon rəsmisi körpənin ölümü ilə bağlı ailə üzvlərinin dindirildiyini qeyd edib: "Görünən odur ki, ailədə nə isə baş verib. Amma geniş məlumat verilmədiyindən biz də dəqiq bilmirik. İndiyə qədər o ailədən bizə o qədər də şikayət daxil olmayıb".
-
Sağlamlıq07:37
Yaz aylarında infarkt riski artır - Hansı tədbirləri görmək lazımdır?
-
Ekopublika.az07:25
Azərbaycanda bəzi ərzaq məhsulları ucuzlaşdı - VİDEO
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama