Hadisə
İyulda atəşkəs 4065 dəfə pozuldu
İyul ayında erməni silahlı bölmələri atəşkəs rejimini 4065 dəfə pozub. APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60, 82 və 120 millimetrlik minaatanlardan, snayper tüfənglərindən, 122 millimetrlik D-30 haubitsalarından, iriçaplı pulemyotlardan və qumbaraatanlardan Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.
Silahlı Qüvvələrin Ağdam, Füzuli, Cəbrayıl, Tərtər, Xocavənd, Goranboy, Qazax, Gədəbəy, Tovuz, Göygöl və Ağstafa rayonlarında yerləşən mövqeləri erməni silahlı bölmələrinin atəşinə məruz qalıb.
Bütün cəbhə boyu əməliyyat şəraiti Azərbaycan Ordusunun tam nəzarəti altında olub.
Ötən ay Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun
Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı
qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin təxribatı
nəticəsində kənd sakinləri 1966-cı il təvəllüdlü Allahverdiyeva
Sahibə İdris qızı və 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur
qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il
təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı hərbi hospitala
çatdırılaraq əməliyyata götürülüb. Azərbaycan Silahlı Qüvvələrinin
bu istiqamətdə yerləşən bölmələri tərəfindən görülən adekvat cavab
tədbirləri nəticəsində düşmən susdurulub.
İyul ayında Ermənistan tərəfindən məqsədyönlü şəkildə yenidən
planlaşdırılan təxribatın qarşısının və Alxanlı kəndində həlak olan
dinc sakinlərin qisasının alınması üçün Azərbaycan Silahlı
Qüvvələri Ermənistan ordusunun döyüşə hazırlıq vəziyyətinə
gətirilən qüvvələrinə, xüsusilə də taborun müdafiə rayonunda
yerləşən seçilmiş hədəflərinə dəqiq atəş zərbələri vurub. Cəbhənin
Füzuli-Xocavənd istiqamətindəki qoşunlarımızın həyata keçirdiyi bu
fəaliyyət nəticəsində, düşmənin tabor mərkəzinə daxil olan
bölmələrinin xeyli canlı qüvvəsi məhv edilib, bir neçə döyüş
texnikası tamamilə sıradan çıxarılıb və digər hərbi infrastruktur
obyektləri dağıdılaraq bərpa olunmaz vəziyyətə salınıb.
Eyni zamanda, Ermənistan silahlı qüvvələri Tərtər rayonu ərazisində yerləşən qoşunların qarşıdurma xəttində növbəti dəfə döyüş pilotsuz uçuş aparatından istifadə edib. Düşmənin kustar üsulla hazırladığı yandırıcı-partlayıcı vasitə və metal elementlərlə doldurulmuş qurğunun bölmələrimizin mövqelərinə atılması nəticəsində hərbi qulluqçumuz əsgər Babakişiyev Muraz Kamal oğlu yüngül bədən xəsarətləri alıb.
Bundan əlavə, ötən ay Qazax rayonunun Bala Cəfərli, Quşçu Ayrım, Ağstafa rayonunun Köhnəqışlaq və Tovuz rayonunun Qaralar kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən iriçaplı silahlardan intensiv atəşə məruz qalıb. Yaşayış məntəqələrindəki mülki obyektlərə, əkin sahələrinə və əhalinin şəxsi təsərrüfatına ziyan dəyib.
Düşmən atəşinin qarşısı alınarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Əkbərli Hüseyn Zakir oğlu şəhid olub.
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.
1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT">BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT">BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye