Goranboy xəstəxanasında 29 yaşlı qadının müəmmalı ölümü
Bizi izləyin

Hadisə

Goranboy xəstəxanasında 29 yaşlı qadının müəmmalı ölümü

Qadının hansı səbəbdən öldüyü hələlik məlum deyil.

Goranboy sakini xəstəxanada müəmmalı şəkildə dünyasını dəyişib.

Publika.az xəbər verir ki, rayonun Xan Qərvənd kənd sakini 1988-ci il təvəllüdlü Əliyeva Fərqanə Ramiz qızı yüksək hərarətlə ağır vəziyyətdə Goranboy rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. Qadının hansı səbəbdən öldüyü hələlik məlum deyil.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm