2600 manatlıq kefə görə 8 il CƏZA
Bizi izləyin

Hadisə

2600 manatlıq kefə görə 8 il CƏZA

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən 1995-ci il təvəllüdlü Vasif İmanlının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, hakim Rasim Sadıxovun icraatında olan prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Vasif İmanlı 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Vasif İmanlı 8 fevral 2017-ci ildə Siyəzən rayonunda yerləşən evdən 13 min 500 manat dəyərində qızıl zinət əşyaları oğurlayıb. Həmin qızılları 2600 manata sataraq pulu xərcləyib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm