Nazir qardaşına qarşı cinayət törədən şəxs VAXT İSTƏDİ
Bizi izləyin

Hadisə

Nazir qardaşına qarşı cinayət törədən şəxs VAXT İSTƏDİ

Müdafiə Sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova qarşı dələduzluq etməkdə təqsirli bilinən Samir Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyilə baş tutan prosesdə təqsirləndirilən şəxsin vəkili Ceyhun Yusifov çıxışı edib.

O, çıxışında bildirib ki, müvəkkilinin günahı yoxdur və müdafiə etdiyi şəxsə qarşı irəli sürülmüş ittiham əsassızdır.

Ceyhun Yusifov müdafiə çıxışına hazır olmadığını deyib və hazırlıq üçün vaxt istəyib.

Növbəti proses avqustun 9-da davam edəcək.

Qeyd edək ki, dövlət ittihamçısı Samir Nəbiyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, Samir Nəbiyev iş adamı Əlikram Camalova birgə biznes qurmağı təklif edib. O, Əlikram Camalovdan icarəyə götürüb işlətdiyi “Brend Elektrik” mağazasına yatırım etmək istəyib. Əvəzində qazancın yarısını ona verməyi vəd edib. Əlikram Camalov onunla razılaşıb və Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən ofisdə Samir Nəbiyevə 2015-ci il noyabrın 3-də 18 min, 2016-cı il fevralın 1-də isə 3 min 993 manat pul verib. Samir Nəbiyev vəsaiti mənimsəyərək, Əlikram Camalova qaytarmayıb.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.

Əlikram Camalov kəndli fermer təsərrüfatının təsisçisi və Müdafiə Sənayesi naziri Yavər Camalovun qardaşıdır.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm