
Abşeron rayonunda dənizdə batan şəxs xilas edilib.
Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə, Abşeron rayonu, Fatmayı kəndində 1 nəfərin dənizdə çimərkən batma təhlükəsi il’ üzləşməsi barədə məlumat daxil olub.
Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar. Əməliyyat saat 18:33-də başa çatıb.