Neftçalada 28 yaşlı balıqçı dənizdə batdı
Bizi izləyin

Hadisə

Neftçalada 28 yaşlı balıqçı dənizdə batdı

Hadisə rayonun Yeniqışlaq kəndi ərazisində qeydə alınıb.

Neftçala rayonunda 28 yaşlı balıqçı dənizdə boğulub.

“Report” xəbər verir ki, hadisə rayonun Yeniqışlaq kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayonun Həsənabad kənd sakini Təbriz Havasət oğlu Bağırov Baş Mil-Muğan kollektorunun Xəzər dənizinə tökülən hissəsində balıq tutarkən suda boğulub.

Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) dalğıc-xilasediciləri onun meyitinin tapılması istiqamətində axtarışları davam etdirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm