Ermənilər Ağdamda qanunsuz arxeoloji qazıntı işləri aparırlar - FOTOLAR
Bizi izləyin

Hadisə

Ermənilər Ağdamda qanunsuz arxeoloji qazıntı işləri aparırlar - FOTOLAR

Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində qanunsuz arxeoloji qazıntı işləri aparır.

Publika.az report-a istinadən xəbər verir ki, işğalçı ölkə nümayəndələrinin Ağdamın Şahbulaq qalasının şimal divarı ərazisində apardıqları qazıntı nəticəsində dolça aşkar edilib.

Qazıntı işlərinin Xankəndi Dövlət Universitetinin Tarix kafedrasının müdiri Vardqes Safaryanhəyata keçirib. Arxeoloji ekspedisiyaya isə Hamlet Petrosyan adlı erməni başçılıq edib.

İnformasiyaya əsasən, aşkar edilən dolçanın bizim eranın 2-3-cü əsrinə aid olduğu ehtimal olunur. Başqa sözlə, onun Şahbulaq qalasından 300 il gənc olduğu bildirilir.
Xatırladaq ki, ermənilər qanunsuz arxeoloji qazıntı işləri aparmaqla yanaşı, tarixi saxtalaşdıraraq, Şahbulağın adını dəyişib "Tiqranakert" qoyublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm