Lənkəranda 50 yaşlı kişini cərəyan öldürdü
Bizi izləyin

Hadisə

Lənkəranda 50 yaşlı kişini cərəyan öldürdü

Faktla bağlı araşdırma aparılır.

Lənkəran rayonunda 50 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.

Publika.az xəbər verir ki, hadisə rayonun Balıqçılar qəsəbəsində qeydə alınıb.

Belə ki, həmin qəsəbənin elektriki olan 1967-ci il təvəllüdlü Muxtar Məmmədkərim oğlu Tağıyevi ehtiyatsız davranması səbəbindən cərəyan vurub.

O, Lənkəran rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadası hadisə yerinə gələnəcən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm