Gədəbəydə göldə batan şəxsin cəsədi tapıldı (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Gədəbəydə göldə batan şəxsin cəsədi tapıldı (YENİLƏNDİ)

Gədəbəydə göldə batan şəxsin meyiti tapılıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri 2002-ci il təvəllüdlü Abbasov Pərviz İsa oğlunun cəsədini taparaq sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

***

Gədəbəy sakini göldə batıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Gədəbəy rayonu, Şınıx kəndində 1 nəfərin göldə batması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm