Dəhşətli qəza törədən “Gelandewagen”in sükanı arxasında olanın kimliyi AÇIQLANDI - RƏSMİ
Bizi izləyin

Hadisə

Dəhşətli qəza törədən “Gelandewagen”in sükanı arxasında olanın kimliyi AÇIQLANDI - RƏSMİ

Ötən gün Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Ehsan Zahidov Bakının Heydər Əliyev prospektində “Mercedes Gelandewagen” markalı avtomobilin törətdiyi dəhşətli qəzanin təffərüatları və istintaqın gedişi haqda virtualaz.org saytına ətraflı açıqlama vermişdi.

Bu dəqiqələrdə isə DİN-in mətbuat xidməti virtualaz.org saytının istintaqın gedişi və sürücünün şəxsiyyətinin müəyyən edilməsi haqda sualına cavab olaraq bildirib ki, aparılmış zəruri istintaq tədbirləri nəticəsində qəzanın baş verdiyi ərazidə müşahidə kameralarının görüntüləri araşdırılıb və “Mercedes Gelandewagen” markalı yolsuzluq avtomobilinin sükanı arxasında məhz vətəndaş Nail Allahverdiyevin olduğu müəyyən edilib.

Adı çəkilən sürücü cinayət məsuliyyətinə cəlb olunacaq.

Xatırladaq ki, Nail Allahverdiyev baş nazirin müavini Əli Həsənovun nəvəsidir. Daha öncə KİV və qorxunc qəzanın şahidləri dəfələrlə bildirmişdilər ki, məhz o, avtomobilin sükanı arxasında olub və insanların ölümünə gətirib çıxarmış qəzanı törədib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm